
Bakı Mühəndislik Universiteti “Naxçıvan Avtomobil Zavodu” MMC (VÖEN – 0200282061) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd olunur ki, Bakı Mühəndislik Universiteti “Naxçıvan Avtomobil Zavodu” MMC-dən 6 min 814 manat 50 qəpiyə “Naz Lifan LF 7201B-X70” markalı minik avtomobilinin sürətlər qutusunu alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 40 manat olan “Naxçıvan Avtomobil Zavodu” MMC-nin hüquqi ünvanı “Naxçıvan şəhəri, ev 5-ci məhəllə-1”də yerləşir. MMC-nin qanuni təmsilçisi Hümbətov Səxavət Məmməd oğludur.
“Naxçıvan Avtomobil Zavodu” MMC “Cahan Holdinq”in törəmə şirkətidir. Zavodda əsasən Çinin “Chongqing Lifan Industry (Group) IMP. & EXP. CO., LTD.” şirkəti ilə birgə “Lifan” markalı minik avtomobilləri istehsal olunub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz