Bu universitet azərbaycanlı abituriyentlərin SAT nəticələrini qəbul etməyəcək


“Çarlz Universiteti (Charles University) rəsmi açıqlama verdi ki, 2026-2027-ci tədris ilində Azərbaycandan olan abituriyentlərin təqdim etdiyi SAT nəticələrini (xüsusilə Riyaziyyat üzrə) artıq qəbul etməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Zaur Maarif öz sosial media hesabında yazıb.
O bildirib ki, buna səbəb, tələbələrin daxil olarkən təqdim etdikləri yüksək SAT balları ilə universitet təhsili zamanı nümayiş etdirdikləri real akademik göstəricilər arasındakı ciddi fərq və uyğunsuzluqdur.
“Bu qərarda ən böyük dərd və bizi düşündürməli olan məqam isə başqadır: Universitetin rəsmi sənədində “aşağı korrelyasiya” (balların etibarsızlığı) səbəbilə adı xüsusi olaraq vurğulanan və qadağa qoyulan yeganə ölkə Azərbaycandır.
Hazırda xarici universitetlərə qəbul və təqaüd şansını  artıran AP imtahanlarının da şəffaflığı sual altındadır. Eyni suallardan ibarət olan imtahan bir həftə fərqlə keçiriləcək. Belə olan təqdirdə sualların əldə edilməsi asanlaşır. İkinci həftə imtahana girib 5 (maksimum bal budur) alan tələbə rahatlıqla qəbul ala biləcək. Ancaq universitetin imtahanında göstərici aşağı olduqda belə bir məlumatı digər universitetlərdən də almağımız qaçılmaz olacaq. Bu isə öz haqqı ilə qəbul olunmuş və təqaüd qazanmış tələbələrin gələcəyinə vurulmuş böyük bir zərbədir”, - Z. Maarif bildirib.

DİGƏR XƏBƏRLƏR

Top