Türkiyədə Həzrəti Əli olduğunu deyən şəxs ona inananların pullarını mənimsəyib


İstanbulda özünü İmam Əli kimi təqdim edən bir nəfərin peyğəmbərin onlara gəlirlərini Allah yolunda sərf etmək üçün fabrik qurmağı əmr etdiyini bildirdiyi və insanları aldadaraq, pul yığdığı məlum olub.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu Saxtakarlıq və Dələduzluq Cinayətləri İstintaq Bürosu şübhəlilər haqqında ittiham aktı tərtib edib.
26 aprel 2024-cü ildə hazırlanan ittiham aktında yeddi şübhəli - Ali Dilbaz, Derviş Dilbaz, Erburak Kaban, İbrahim Ertok, Kuntay Ertok, Nevzat Kanbur və Yusuf Kenan Ceran dini inanc və hisslərdən sui-istifadə edərək saxtakarlıqda ittiham olunublar.
Özünü Hz. Əli kimi təqdim edən Kuntay Ertok da daxil olmaqla üç nəfər (İbrahim Ertok, Kuntay Ertok və Nevzat Kanbur) haqqında 5 il həbs qərarı verilib, həmçinin 25 min türk lirəsi cərimə ödəmələri nəzərdə tutulub.
Digər təqsirləndirilən şəxslər isə bəraət alıblar.

DİGƏR XƏBƏRLƏR

Top