Şəhriyar və Teymur şahmat tarixində ən çox qazananlar siyahısına düşüb


Şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, siyahını “Chess.соm” portalı tərtib edib.
Siyahıda mükafat fondu 10 min dollardan çox olan yarışlar nəzərə alınıb.
Siyahıya azərbaycanlı qrosmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da daxil olub. Belə ki, Şəhriyar Məmmədyarov 21-ci sırada, Teymur Rəcəbov isə 28-ci sırada qərarlaşıb.
Şəhriyar Məmmədyarov ümumilikdə, 1 milyon 781 min 988 dollar, 2025-ci ildə isə 38 min 639 dollar qazanıb. Teymur Rəcəbovun qazancı isə ümumilikdə, 1 milyon 117 min 290 dollar, 2025-ci ildə 6 min 275 dollar olub.
Siyahıda ilk yeri norveçli Maqnus Karlsen tutub. O, ümumilikdə, 12 milyon 232 min 249 dollar, 2025-ci ildə isə 1 milyon 455 min 276 dollar qazanıb. İlk üçlüyə həmçinin, qrossmeysterlər Vişvanatan Anand (ümumilikdə, 9 milyon 551 min 844 dollar, 2025-ci il üçün 66 min dollar) və Qarri Kasparov (ümumilikdə, 8 milyon 45 min 979 dollar, 2025-ci il üçün 78 min dollar) daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top