
Britaniyalı aktyor Kallum Terner yeni “Ceyms Bond” filmində baş rola seçildiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbələr həmçinin, filmin saundtrekini Ternerin nişanlısı Dua Lipanın ifa edəcəyini də istisna etməyib.
35 yaşlı Kallum Terner daha çox “Fantastic Beasts: The Crimes of Grindelwald” və onun davamı olan “Dumbledore's Secrets” filmlərindəki Tesey Skamander rolu ilə tanınır.
“Daily Mail” qəzetinin məlumatına görə, franşizadakı 26-cı filmin çəkilişlərinə bu il başlana bilər və 2027-ci ildə nümayişi planlaşdırılır.
Filmin rejissoru Deni Villnev (“Dune”), ssenaristi isə Stiven Naytdır (“Peaky Blinders”).
Qeyd edək ki, “Ölmək vaxtı deyil” (2021) filmi Ceyms Bond seriyasının 25-ci filmidir. Bu, Deniel Kreyqin rol aldığı beşinci və sonuncu filmdir.
Tətbiqimizi yükləyə bilərsiniz