
Minnesota ştatının Minneapolis şəhərində ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları avtomobili ilə onların yolunu kəsməyə çalışan qadını güllələyiblər.
Yeniavaz.com xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti qadının vurulduğunu təsdiqləyib.
Departamentdən bildirilib ki, ICE zabitləri məqsədli əməliyyatlar aparırdılar və bu zaman iğtişaşçılar onların əməliyyatlarına mane olmağa çalışıb. Onlardan biri “avtomobilindən silah kimi istifadə edərək” zabitlərin üzərinə sürməyə cəhd edib. ICE zabiti “müdafiə atəşi” ilə cavab verib.
Milli təhlükəsizlik naziri Kristi Noem hadisəni “daxili terror aktı” adlandırıb. Onun sözlərinə görə, “məcburi əməliyyat” aparan ICE əməkdaşları əlverişsiz hava şəraiti səbəbindən qarda ilişib qalıblar və avtomobillərini yoldan çıxarmağa çalışarkən qadın onlara və başqalarına hücum edib, onları vurmağa cəhd edib. Minneapolis Bələdiyyə Başçısı Ceykob Frey ICE agentinin iştirakı ilə baş verən atışma ilə bağlı məlumatını təsdiqlədi və agentliyin şəhəri dərhal tərk etməsini tələb edərək, onun mövcudluğunun “xaos yaratdığını” deyib.
Tətbiqimizi yükləyə bilərsiniz