
Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubu ilə müqaviləsini yeniləməkdən imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, o, komandadan ayrılmaq istəyir.
Qeyd edək ki, ispan məşqçinin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Xatırladaq ki, Luis Enrike 2023-cü ilin yayından bəri PSJ-yə rəhbərlik edir və iki Fransa çempionluğu, iki Fransa Kuboku və Super Kuboku, bir UEFA Super Kuboku, bir FIFA Qitələrarası Kuboku və bir Çempionlar Liqası qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz