“Trampa öz Nobel Sülh Mükafatınımı verməyə hazıram” − Venesuela müxalifətinin lideri

maçado mükafatı trampa həsr etdi
2025-ci ildə Nobel Sülh Mükafatına layiq görülən Venesuelalı müxalif siyasətçi Maria Korina Maçado mükafatı ABŞ Prezidenti Donald Trampa verməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, Maçado bunu “Fox News”a müsahibəsində deyib.
“Mən Nobel Sülh Mükafatını aldığımızı öyrənəndə onu Donald Trampa həsr etdim, çünki onun buna layiq olduğuna inanırdım... Əgər onun hələ oktyabr ayında buna layiq olduğuna inanırdımsa, Nikolas Maduronun (Venesuela prezidenti) devrilməsindən sonra indi nə qədər əmin olduğumu təsəvvür edin”, - Maçado deyib.
Aparıcının Trampa Nobel Mükafatını verməyi təklif edib-etmədiyini soruşduqda siyasətçi belə cavab verib:
“Bu hələ baş verməyib. Amma mən şəxsən ona demək istərdim ki, biz Venesuela xalqı mütləq mükafatı ona vermək və onunla bölüşmək istəyirik”.

DİGƏR XƏBƏRLƏR

Top