
“Hyundai” şirkətinə məxsus “Boston Dynamics” şirkəti ilk dəfə olaraq Las-Veqasda keçirilən CES 2026 sərgisində inzanabənzər “Atlas” robotunu təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “1news” portalı məlumat yayıb.
Məlumata görə, təqdimat inzanabənzər robot texnikasının inkişafında əhəmiyyətli bir addım, həmçinin, “Tesla” və digər texnologiya şirkətləri də daxil olmaqla, əsas bazar oyunçuları arasında rəqabətin güclənməsi kimi qiymətləndirilib.
“Boston Dynamics” şirkətinin robototexnika üzrə baş meneceri Zakari Yakovskinin sözlərinə görə, robot sərgidə mühəndis tərəfindən uzaqdan idarə olunub. Lakin real şəraitdə “Atlas” avtonom şəkildə hərəkət edəcək və tapşırıqları avtonom şəkildə yerinə yetirəcək.
Şirkət robotun istehsal versiyasının artıq hazırlandığını və istehsalda istifadə üçün nəzərdə tutulduğunu açıqlayıb.
2028-ci ilə qədər “Atlas”ın “Hyundai”nin Corciya ştatındakı elektrik avtomobilləri zavodunda avtomobil yığımına kömək etməyə başlaması gözlənilir.
2021-ci ildən bəri “Boston Dynamics”də əksər paya sahib olan “Hyundai” “Google DeepMind”lə də tərəfdaşlıq elan edib.
Şirkətin süni intellekti (AI) “Boston Dynamics” robotlarında istifadə ediləcək ki, bu da onların avtonomluğunu və funksionallığını artıracaq. Əvvəllər “Boston Dynamics”in sahib “Google” olub. Lakin dajha sonra “Google” onu Yaponiyanın “SoftBank” şirkətinə satıb. Sonradan isə aktivlər “Hyundai” şirkərtinə keçib.
Tətbiqimizi yükləyə bilərsiniz