Zelenski Parisə getdi


Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın paytaxtı Parisə səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforovun jurnalistlərə verdiyi açıqlamasına istinadla məlumat yayıb.
Məlumata görə, Zelenski orada ABŞ nümayəndə heyəti və Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla bir sıra görüşlər keçirəcək.
Agentliyin məlumatına görə, əvvəlcə Makronla ikitərəfli görüş keçiriləcək, daha sonra onlara ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner qoşulacaq.
Danışıqların ikinci raundunda “İstəklilər Koalisiyası”nın iclası planlaşdırılır.
Təşkilatçılar danışıqların qapalı qapılar arxasında keçiriləcəyinə qərara alıblar.
Daha sonra Zelenski ilə Avropa üçlüyü liderləri Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında birgə mətbuat konfransı gözlənilir.
Axşam saatlarında prezidentin rəhbərlik etdiyi Ukrayna danışıqlar qrupu ilə Amerika nümayəndə heyəti arasında ayrıca görüş də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top