
Şotlandiya çempionu "Seltik" baş məşqçisi Vilfrid Nansinı təyinatından bir ay sonra istefaya göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nansi dekabrın əvvəlindən “Seltik”ə rəhbərlik etməyə başlayıb.
Qlazqo komandasının mətbuat xidməti Nansinin onun köməkçilərinın, həmçinin, futbol əməliyyatları rəhbəri Pol Tisdeylin də klubdan ayrılacağını elan edib.
Nansinin təyinatı klub tərəfindən 3 dekabrda elan edilib və onun müqaviləsi iki mövsüm yarım müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, Nansi bundan əvvəl “Monreal” və “Kolambus Kryu” komandalarına rəhbərlik edib və orada MLS çempionluğunu və Liqa Kubokunu qazanıb.
2024-cü ildə o, MLS-də ilin ən yaxşı məşqçisi seçilib.
Xatırladaq ki, “Seltik” Nansinin rəhbərliyi altında keçirdiyi səkkiz oyundan altısında məğlub olub. Hazırda o, lider “Harts”dan altı xal geridə qalır.
Tətbiqimizi yükləyə bilərsiniz