
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı il hazırkı Dünya Şahmat Tacı sahibləri ilə oynamaq hüququ uğrunda Namizədlər Turnirlərinin iştirakçılarının siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, yarış 29 mart - 15 aprel tarixlərində Kiprin cənub-qərb sahilində, Pafos şəhəri yaxınlığındakı bir oteldə keçiriləcək.
Siyahını təqdim edirik:
Kişilər
- Fabiano Karuana (ABŞ)
- Hikaru Nakamura (ABŞ)
- Aniş Giri (Hollandiya)
- Andrey Yesipenko (Rusiya)
- Mattias Blubaum (Almaniya)
- Vey İ (Çin)
- Javohir Sindarov (Özbəkistan)
- Rameşbabu Praqnanandxa (Hindistan)
Qadınlar
- Çju Tszinyer (Çin)
- Tan Çjunyi (Çin)
- Aleksandra Qoryaçkina (Rusiya)
- Yekaterina Laqno (Rusiya)
- Divya Deşmukx (Hindistan)
- Hampi Koneru (Hindistan)
- Rameşbabu Vayşali (Hindistan)
- Bibisara Asaubayeva (Qazaxıstan)
Qeyd edək ki, kişilər arasında hazırkı dünya çempionu Qukeş Dommaracu (Hindistan), qadınlar arasında hazırkı dünya çempionu isə Tszuy Ventzyundur (Çin).
Tətbiqimizi yükləyə bilərsiniz