
Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges prezident səlahiyyətlərini icra edən şəxs kimi and içib.
Yeniavaz.com xəbər verir ki, onu parlamentin spikeri Xorxe Rodriges qəbul edib.
“Mən bura Venesuela Bolivar Respublikasının konstitusional prezidenti Nikolas Maduro Morosun icraçı vitse-prezidenti kimi and içmək üçün gəlmişəm. Vətənimizə qarşı qanunsuz hərbi təcavüzün Venesuela xalqına çəkdiyi iztirablara görə bunu ağrı ilə edirəm”, - Delsi Rodriges mərasimdə deyib.
Prezident səlahiyyətlərini icra edən şəxs andiçmə mərasimində Maduronu və onun həyat yoldaşı Silia Floresi “ABŞ-də əsir saxlanılan qəhrəmanlar” adlandırıb:
“Şərəfim üzərinə and içirəm ki, Venesuelanın azad, suveren və müstəqil dövlət kimi taleyinə çatmasını görməyincə təslim olmayacağam və dincəlməyəcəm”.
Tətbiqimizi yükləyə bilərsiniz