
Gənclər və İdman Nazirliyi “PMD Project” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, “PMD Project” MMC nazirliyin sifarişi əsasında İmarət stadionunun tikinti işlərinin birinci mərhələsini həyata keçirəcək və qarşılığında 60 milyon 506 min 659 manat 56 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “PMD Project” MMC (VÖEN – 1404255921) 13 iyun 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 milyon manat olan MMC Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Topçubaşev Nəriman Fikrət oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz