
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanla yeni təbii qaz təchizatı ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Bayraktar “Kanal 7” televiziyasında Türkiyənin enerji vizyonu ilə bağlı çıxışı zamanı razılaşmanın detallarını bölüşüb.
Nazir bildirib ki, ümumi həcmi 33 milyard kubmetr olan bu razılaşma çərçivəsində qaz tədarükü 2029-cu ildən başlayacaq və 15 il müddətinə davam edəcək.
Onun sözlərinə görə, razılaşmaya əsasən Azərbaycanın “Abşeron” yatağından illik 2,25 milyard kubmetr qazın Türkiyəyə çatdırılmasını nəzərdə tutur. Müqavilə 2040-cı illərə qədər qüvvədə olacaq və ümumilikdə 33 milyard kubmetr qaz tədarükünü əhatə edəcək.
Bayraktar qeyd edib ki, danışıqlar cümə günü yekunlaşıb və imzalanma prosesi qısa müddətdə tamamlanacaq. O əlavə edib ki, qaz Azərbaycandan Xəzər dənizi vasitəsilə boru kəməri ilə Türkiyəyə nəql olunacaq və bu, ölkə üçün uzunmüddətli və əlverişli tədarük mənbəyi olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz