Maduronun vəzifəsini müvəqqəti o icra edəcək


Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti olaraq dövlət başçısı vəzifəsini icra edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Venesuela Ali Məhkəməsinin hakimi Tania D'Amelio məlumat yayıb.
“Venesuela Ali Məhkəməsi respublikanın icraçı vitse-prezidenti Delsi Rodrigesə Venesuela Konstitusiyasına və qanunlarına uyğun olaraq dərhal respublika prezidentinin səlahiyyətlərini icra etməyə tapşırıb”, - hakim bildirib.
O, bu qərarı Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 2026-cı il yanvarın 3-də baş vermiş xarici hərbi təcavüz və Venesuela Prezidenti Nikolas Maduronun oğurlanması ilə əlaqədar verildiyini izah edib.

DİGƏR XƏBƏRLƏR

Top