Trampdan daha bir dövlət başçısına: Ehtiyatlı ol


ABŞ Prezidenti Donald Tramp Venesueladakı narko-terrorizmə və diktaturaya son qoyulacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu barədə keçirdiyi mətbuat konfransında deyib.
O, Venesuela neftinə qoyulan embarqonun tam qüvvədə qalacağını, ABŞ Hərbi Dəniz Qüvvələrinin oradakı mövqeyini qoruyacağını və bunun ABŞ tələbləri tam yerinə yetirilənə qədər davam edəcəyini bildirib.
Tramp əlavə edib ki, ABŞ-nin böyük neft şirkətlərini Venesuelaya cəlb edəcək, onlar neft infrastrukturunun təmirinə milyardlarla dollar xərcləyəcəklər və ölkə üçün pul qazanmağa başlayacaqlar.
Tramp həmçinin bildirib ki, bu əməliyyat ABŞ suverenliyini təhdid edənlərə dərs olmalıdır və əlavə edib ki, Venesuela dünən gecədən etibarən azad bir xalqdır.
Tramp həmçinin Kolumbiyaya da mesaj göndərib.
“Kolumbiya Prezidenti Qustavonun kokain istehsal edən fabrikləri var, o, kokain istehsal edir və onu ABŞ-yə göndərir. O, ehtiyatlı olmalıdır", - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top