
Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkəsinin ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatda heç bir formada iştirak etmədiyini bildirib.
Yeniavaz.com “BBC News”ə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı mövqe bildirməzdən əvvəl daha çox faktın dəqiqləşdirilməsinin vacib olduğunu vurğulayıb.
Starmer Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsi iddiaları fonunda ABŞ Prezidenti Donald Trampla bu mövzuda danışmadığını qeyd edib. Baş nazir deyib ki, vəziyyət sürətlə dəyişir və hazırda bütün detalları aydınlaşdırmaq lazımdır.
“Deyə biləcəyim odur ki, Böyük Britaniya bu əməliyyatda heç bir şəkildə iştirak etməyib”, – deyə Starmer əlavə edib.
Starmer həmçinin Böyük Britaniyanın beynəlxalq hüquqa riayət olunmasını hər zaman əsas prinsip hesab etdiyini qeyd edib, lakin mövcud şəraitdə tələskən qərar verməyin doğru olmadığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz