ABŞ Maduro və həyat yoldaşına qarşı rəsmi ittiham irəli sürüb


ABŞ-nin baş prokuroru Pam Bondi sosial media hesabında paylaşım edərək Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores barəsində Nyu-Yorkun Cənub Dairə Məhkəməsində cinayət ittihamlarının irəli sürüldüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Baş prokurorun sözlərinə görə, Nikolas Maduro narkoterrorizmdə ittiham olunur.
Pam Bondi qeyd edib ki, təqsirləndirilən şəxslər tezliklə Amerika məhkəmələrində ABŞ ədalət sisteminin bütün sərtliyi ilə üzləşəcəklər. O, ABŞ Ədliyyə Nazirliyi və Amerika xalqı adından Prezident Donald Trumpa hesabatlılığın təmin olunması istiqamətində göstərdiyi qətiyyətə görə təşəkkür edib.
Baş prokuror həmçinin bu iki beynəlxalq narkotik qaçaqmalçısının saxlanılması məqsədilə həyata keçirilən missiyada iştirak edən ABŞ hərbçilərini “cəsarətli və son dərəcə uğurlu əməliyyat”a görə xüsusi olaraq təqdir edib.

DİGƏR XƏBƏRLƏR

Top