
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ətrafında yerləşən pizza restoranlarında enesuela ilə bağlı gərginlikdən az əvvəl pizza sifarişləri kəskin şəkildə artıb.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, ötən axşam Pentaqon yaxınlığında yerləşən bəzi pizza restoranlarında sifarişlərin sayı adi günlərdən qat-qat çox olub. Hətta bir restoranda sifarişlərin sayının 700 faizdən çox artdığı bildirilir.
Qeyd olunur ki, bu, illərdir müşahidə olunan maraqlı bir haldır. İddialara görə, ABŞ-də mühüm hərbi və ya siyasi qərarlar ərəfəsində Pentaqon ətrafında gecə saatlarında pizza sifarişləri artır. ABŞ-də bu hadisə “Pentaqon Pizza İndeksi” olaraq adlandırılır.
Tətbiqimizi yükləyə bilərsiniz