Problemlərinizin həllində də “mən” prinsipinə yox, “biz” prinsipinə üstünlük verin


Müşahidələr göstərir ki, evliliklərdə əsas problem çox vaxt tərəflərdən birinin hər hansı bir problemdə özünü haqlı görməsi, qarşı tərəfi isə haqsız saymasıdır.
Əlbəttə ki, onların bu məsələdə birbaşa haqlılıq paylarının olmadığını iddia etmək olmaz. Ancaq bir məsələ var ki, onlar çox vaxt evliliklərini yalnız öz baxış bucaqlarına görə qiymətləndirməyə çalışır, qarşı tərəfin baxış bucaqlarına görə qiymətləndirməyi isə unurdurlar. Buna görə də, özlərinə kifayət qədər tənqidi yanaşmadıqları üçün problem həll etmə meyilli yox, problem istehsal etmə meyilli mövqe tuturlar.
Əlbəttə ki, evliliklərdə hər tərəfin qarşı tərəflə bəzi problemləri ola bilər. Ancaq belə vəziyyətlərdə görüləcək ilk iş problemi müəyyən etmək və qarşı tərəfə dəyişmək, ya da dəyişə bilmək (ən azı mövqe baxımından) imkanı verməkdir. Bu imkanı vermək üçün isə, ilk növbədə, problemlər birtərəfli qiymətləndirilməməlidir.
Belə hallarda, “Görəsən, həyat yoldaşım mənə qarşı niyə belə hərəkət edir?” və ya “Görəsən, mən həyat yoldaşıma qarşı niyə belə hərəkər edirəm?” kimi suallar köməyinizə çata və hər iki tərəf arasında meydana gələn mənfi rəyləri aradan qaldıra bilər.
Elə isə həyat yoldaşınızı tənqid etməzdən əvvəl öz tələblərinizi düşündüyünüz kimi, onun tələblərini də düşünün. Daha sonra isə yaşadığınız problemlərin bunlarla bağlı olub-olmadığını müəyyənləşdirin.
Bu yolla siz həm məsuliyyətinizi bölüşmüş, həm də probleminizin həllinə ilk addımı atmış olarsınız.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top