
Venesuelanın paytaxtı Karakasda ölkənin sabiq prezidenti Uqo Çavesin məqbərəsinin yerləşdiyi xatirə kompleksində bir neçə partlayış qeydə alınıb.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, partlayışlar paytaxtın İnqilab Muzeyinin yerləşdiyi ərazidə baş verib. Muzeyin olduğu bina Venesuela hakimiyyəti üçün xüsusi simvolik əhəmiyyət daşıyır. Belə ki, 4 fevral 1992-ci ildə Uqo Çaves məhz bu məkanda hərbi çevriliş cəhdində iştirak edib və sonradan həmin hadisəni “Bolivar İnqilabı”nın başlanğıcı kimi qiymətləndirib.
Qeyd olunur ki, həmin dövrdə binada hərbi tarix muzeyi fəaliyyət göstəririb və Miraflores Sarayına yaxın yerləşməsi səbəbindən üsyançı hərbçilərin qərargahına çevrilib.
Tətbiqimizi yükləyə bilərsiniz