
Kolumbiya Prezidenti Qustavo Petro sosial media hesabında ABŞ-nin hava zərbələri nəticəsində zərər gördüyü bildirilən Venesuela hökumət binalarının siyahısını paylaşıb.
Yeniavaz.com xəbər verir ki, prezidentin paylaşdığı məlumata görə, hücumların əsas hədəflərindən biri Venesuela parlamenti – Milli Assambleyanın binası olub. Bildirilir ki, məhz bu obyektə qarşı ilk zərbələr endirilib.
Açıqlanan siyahıya əsasən, ümumilikdə 10-dan artıq dövlət və hökumət obyekti Amerika hücumlarının hədəfinə çevrilib.
Qustavo Petro daha əvvəl ABŞ-nin Venesuela ərazisinə endirdiyi zərbələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
Öz növbəsində, Venesuela hakimiyyəti baş verənləri ABŞ-nin hərbi təcavüzü kimi qiymətləndirib. Rəsmi Karakas ölkədə səfərbərlik elan edib, həmçinin fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Hadisələrlə bağlı beynəlxalq ictimaiyyətin reaksiyası və diplomatik müzakirələr davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz