Pensiyalar nə qədər artacaq və artımlar nə vaxt ödəniləcək? – Məbləğ və tarix


Məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, hər ilin yanvar ayından əmək pensiyaları indeksasiya olunaraq artırılır.
Yeniavaz.com
xəbər verir ki, əmək pensiyaları əvvəlki il üzrə orta aylıq əmək haqqında qeydə alınan artıma uyğun olaraq artırılır.
Qeyd edək ki, orta aylıq əmək haqqında qeydə alınan artım ötən ilin yanvar–oktyabr ayları üzrə açıqlanıb. Yanvar ayında ötən ilin yanvar–noyabr ayları, fevral ayında isə yanvar–dekabr ayları üzrə qeydə olunan artımlar açıqlanacaq. Bu səbəbdən də əmək pensiyalarının nə qədər artacağı gələn ay – fevral ayının ilk yarısında məlum olacaq. Artımlar məlum olduqdan sonra yanvar ayının artımı da fevral ayının əmək pensiyası ilə birgə vətəndaşlara ödəniləcək.
Onu da bildirək ki, ötən ilin yanvar–oktyabr aylarında ölkədə orta aylıq əmək haqqı üzrə 9,4%-lik artım qeydə alınıb. Əvvəlki illərin təcrübəsini nəzərə aldığımız zaman, belə görünür ki, ötən ilin yekununda orta aylıq əmək haqqında 9–10% aralığında artım olacaq. Bu isə o deməkdir ki, bu ilin yanvar ayından etibarən əmək pensiyalarında da bu həddə bir artım gözlənilir. 400 manat əmək pensiyası alan vətəndaşın pensiyasında təxminən 40 manat artım olacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top