Uşaqlar hansı yaşlarda kompüterdən istifadə edə bilərlər?


Uşaqlar kompüterdən istifadə etməlidirlərmi? Əgər istifadə etməlidirlərsə, hansı yaşda və ya yaşlarda isitfadə etməlidirlər?
Bəzi mütəxəssislər kompüterin uşaqlarda gizli qabiliyyətləri üzə çıxardığını bildirirlər. Bəzi mütəxəssislər isə kompüterin uşaqların təxəyyül gücünü artırdığını irəli sürürlər. Təbii ki, kompüterin uşaqlar üçün yeni ünsiyyət imkanı olduğunu bildirənlər də var. Bəs valideynlərin bu məsələyə münasibətləri necədir?
Məsələn, bu sahədə aparılan tədqiqatlar maraqlı nəticələr göstərir. Belə ki, bu tədqiqatlara görə valideynlərin 19 faizi uşaqların 3 yaşından kompüterlə tanış olmalarını təbii hesab edir. 61 faizi kompüteri uşaqları üçün maraqlı oyuncaq adlandırır. 96 faizi isə kompüterin uşaqların inkişafına müsbət təsir göstərdiyini bildirir.
Bütün bunlarla yanaşı, mütəxəssislər kompüterlə bağlı müxtəlif yaş qrupları üçün müxtəlif rejimlər təklif edirlər. Bu rejimlər əsasən aşağıdakılardır:

3 yaşa qədər: Bu yaşa qədər olan uşaqlar virtual dünyanı hələ tam dərk etmirlər.
Təklif: 3 yaşa qədər olan uşaqlar gündə sizinlə birlikdə 5-10 dəqiqə kompüter arxasına keçə bilərlər.

3-5 yaş arası: 3-5 yaş arasındakı uşaqları daha çox oyun proqramları maraqlandırır. Bu yaşlar arasındakı uşaqlar artıq virtual dünyanı dərk etməyə başlayırlar.
Təklif: Bu yaşlar arasında olan uşaqlara gündə 30 dəqiqəyə qədər kompüterlə məşğul olmağa icazə vermək olar.

5-9 yaş arası: Bu yaşlar arasında olan uşaqları fərdi proramlar maraqlandırır.
Təklif: Gündə 60 dəqiqəyə qədər kompüterdən istifadə etməyə icazə verə bilərsiniz.

9-13 yaş arası: 9-13 yaş arasında olan uşaqlar demək olar virtual dünyanı tam dərk edirlər.
Təklif: Bu yaşlar arasında olan uşaqlar şənbə və bazar günləri maraqlı oyunlarla tanış ola bilərlər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top