Tramp koqnitiv testinin nəticələrini açıqladı


ABŞ Prezidenti Donald Tramp səhhətinin mükəmməl olduğunu və ardıcıl üçüncü dəfə koqnitiv testdən keçdiyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
Amerika liderinin sözlərinə görə, o, sualların 100%-ni düzgün cavablandırıb.
Tramp həmçinin, bu günə qədər heç bir keçmiş prezidentin və ya vitse-prezidentin bu testdən keçməyə cəsarət etmədiyini qeyd edib.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, ABŞ prezidentliyinə və ya vitse-prezidentliyinə namizədlər də koqnitiv testdən keçməlidir.
Qeyd edək ki, yanvarın 1-də Tramp “Wall Street Journal” qəzetinə verdiyi müsahibədə qanını durulaşdırmaq üçün hər gün çoxlu miqdarda aspirin qəbul etdiyini və bu aspirinin əllərində mavi ləkələrə səbəb olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top