Cənubi Koreyanın keçmiş prezidentinin həbs müddəti uzadıldı


Cənubi Koreya məhkəməsi keçmiş prezident Yun Sok Yolun həbs müddətini daha altı ay uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə” Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, keçmiş prezident 2024-cü ildə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar düşmən dövlətə kömək etmək də daxil olmaqla bir neçə başqa cinayətdə ittiham olunub.
Agentliyin məlumatına görə, hakim həmçinin onun sübutları məhv etdiyinə dair təşvişlərini ifadə edib.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında Seul məhkəməsi keçmiş Cənubi Koreya prezidenti üçün həbs orderi verib.
Qərar onun 2024-cü ilin dekabrında hərbi vəziyyət tətbiq etmək cəhdindən irəli gəlib. Prezident qərarını “Şimali Koreya tərəfdarı qüvvələrin aradan qaldırılması və azad konstitusiya quruluşunun qorunması” üçün zəruri olması ilə izah edib. Bir neçə saat sonra parlament hərbi vəziyyətin ləğvi üçün səs verib.
Bundan qısa müddət sonra, 2024-cü ilin dekabr ayının ortalarında Cənubi Koreya qanunvericiləri prezidentin impiçmentinə səs veriblər. Baş nazir Han Dok Su dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra etməyə başlayıb. 204 qanunverici prezidentin impiçmentinin lehinə, 85 qanunverici isə əleyhinə səs verib.
Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyada məhkəmə keçmiş prezidentin həyat yoldaşı üçün həbs qərarı vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top