
London polisi Britaniya taxt-tacının varisi şahzadə Uilyam və onun həyat yoldaşı Ketrinin iqamətgahı olan Kensinqton sarayının ərazisinə daxil olan şəxsi saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, 39 yaşlı Derek Eqan ardıcıl olaraq iki dəfə - dekabrın 21-də və 23-də - kral ailəsi üzvlərinin təhlükəsizliyinə cavabdeh olan Skotland-Yardın xüsusi bölməsinin əməkdaşları tərəfindən iqamətgahın bağçalarında saxlanılıb.
Qəzet həmin şəxsin ilk hadisədən sonra zaminə buraxıldığını vurğulayıb.
Nəşr qeyd edib ki, Uels şahzadəsi ailəsi ilə həmin vaxt Kensinqton sarayında olmayıblar. Onlar İngiltərənin şərqindəki Sandringem mülkündəki Anmer Hollda, Britaniya kral ailəsi ilə ənənəvi olaraq Milad bayramını qeyd ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz