
G20 Xarici İşlər Nazirlərinin görüşü ABŞ-nin sədrliyi ilə 30-31 oktyabr 2026-cı il tarixlərində keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin səfiri Marat Berdiyev “Telegram” kanalında məlumat verib.
Diplomat qeyd edib ki, Rusiya gələn il 14-15 dekabr tarixlərində Florida ştatının Mayami şəhərində keçiriləcək G20 liderlərinin sammitində fəal iştirak etməyə hazırlaşır.
Digər tərəfdən, o, ABŞ-nin Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, bütün ölkə liderlərinin iştirakına ümid etdiyini bildirib.
Qeyd edək ki, bu ilin 15-16 dekabr tarixlərində Vaşinqtonda ABŞ-nin sədrliyi altında G20 ölkələri nümayəndələrinin ilk görüşü baş tutub.
Xatırladaq ki, son G20 sammiti 22-23 noyabr 2025-ci il tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilib. Sessiyalar və ikitərəfli görüşlər qapalı qapılar arxasında, mediaya çıxış olmadan təşkil edilib. Ənənəyə zidd olaraq, G20 iştirakçıları ilk günün əvvəlində bir bəyannamə qəbul ediblər: orada onlar Ukraynada və digər bölgələrdə sülhü müdafiə edərək, BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinə çağırıblar.
Tətbiqimizi yükləyə bilərsiniz