
Ukrayna Prezidenti Volodimir Zelenski ofisinin rəhbəri ilə bağlı qərar verdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Aparat rəhbərinə gəlincə, mən qərar verdim. Daha sonra məlumat olacaq”, - ölkə başçısı deyib.
Zelenski vilayət administrasiyalarının yeni rəhbərlərinin gözlənilən təyinatlarını da açıqlayıb:
“Vilayət administrasiyalarının rəhbərlərinə gəlincə, dəyişikliklər ilin əvvəlində, il başlayan kimi olacaq”.
Qeyd edək ki, dekabrın 8-də Ukraynanın “Novosti.Live” nəşri yazıb ki, Zelenski Andrey Yermakın işdən çıxarılmasından sonra ilk dəfə olaraq öz ofisinin rəhbəri vəzifəsinə namizədlərin adını çəkib. Nəşrin məlumatına görə, onların arasında müdafiə naziri Denis Şmıhal, baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri Mixailo Fedorov, xarici işlər nazirinin birinci müavini Serhiy Kislıtsya, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov və Zelenskinin Hərbi məsələlər üzrə ofisinin rəis müavini Pavel Palisa var.
Tətbiqimizi yükləyə bilərsiniz