
Litvada Rusiya və Belarusla sərhədlərin yaxınlığında yerləşən körpülər partlayıcı maddələrin bərkidilməsi üçün xüsusi mühəndis konstruksiyaları ilə təchiz edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə LRT telekanalına ölkənin silahlı qüvvələri məlumat verib.
Litva sakinləri qeyd ediblər ki, Belarus sərhədi yaxınlığında körpülərdə tikinti işlərinə demək olar ki, eyni vaxtda başlanılıb. Hərbçilər izah ediblər ki, görülən işlər 2024-cü ilin iyulunda razılaşdırılmış ölkənin müdafiəsini gücləndirmək üzrə tədbirlərin bir hissəsidir.
“Körpülər və yollar təbii maneələrin yerləşdiyi yerə və onların Litvanın müdafiə sistemi üçün strateji əhəmiyyətinə görə seçilir”, - hərbçilər bildirib.
Litva Silahlı Qüvvələri qeyd edib ki, sərhəddə artıq onlarla tank əleyhinə və digər maneələr üçün anbarlar yaradılıb. Əsas yolları qorumaq üçün ağaclar da əkilir və səngərlər və əlavə tank əleyhinə maneələr kimi xidmət edəcək suvarma kanalları dərinləşdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz