
“ChatGPT”nin yaradıcısı “OpenAI”, süni intellekt (Sİ) sahəsində ən çətin və yüksək maaşlı vəzifələrdən birini tutmaq üçün namizəd axtarışını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, yeni hazırlıq rəhbəri hər il 555 min dollar qazanacaq və bəşəriyyətin süni intellektin inkişafı ilə bağlı risklərdən qorunmasına cavabdeh olacaq.
Bu vəzifəyə kibertəhlükələrlə mübarizə, bioloji silahların yaradılmasının qarşısının alınması və süni intellektin insan psixi sağlamlığına vurduğu zərərin minimuma endirilməsi kimi vəzifələr daxil olacaq.
“OpenAI” CEO-su Sam Altman, tapşırığın son dərəcə çətin olacağını və namizədin demək olar ki, dərhal “dərinə dalma” məcburiyyətində olacağını deyib. Onun sözlərinə görə, şirkət dünyanı təhlükəsiz saxlamağa kömək edəcək kritik əhəmiyyətli rol üçün mütəxəssis axtarır.
Tətbiqimizi yükləyə bilərsiniz