Gürcüstan 2025-ci ildə rekord sayda əcnəbini ölkədən çıxarıb


2025-ci ildə Gürcüstan immiqrasiya qanunlarını pozduqlarına görə rekord sayda – 1300-dən çox xarici vətəndaşı ölkədən çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Son günlər Gürcüstandan Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları da daxil olmaqla 63 qeyri-qanuni miqrant deportasiya edilib.
Bütün deportasiya edilmiş şəxslərin ölkəyə yenidən girişi qadağan edilib.
Qovulanların sayı son beş ilin ümumi göstəricilərini xeyli üstələyir. Müqayisə üçün qeyd edək ki, bütün 2024-cü ildə Gürcüstandan cəmi 363 əcnəbi vətəndaş çıxarılıb.
Baş nazir İrakli Kobaxidze bu yaxınlarda bəyan edib ki, deportasiya limiti ildə 3500 nəfərə qaldırılacaq.
Qeyd edək ki, 2026-cı ilin mart ayından etibarən Gürcüstan işçilər və fərdi sahibkarlar da daxil olmaqla bütün xarici vətəndaşların iş icazəsi almasını məcburi edəcək.

DİGƏR XƏBƏRLƏR

Top