
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 41 ölkəsinə 16,4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Yeniavaz.com xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4,2 milyon dollar ilə Birləşmiş Krallıq, 3,2 milyon dollar ilə Lüksemburq, 1,1 milyon dollar ilə İsveç, 772 min dollar ilə Türkiyə, 759,8 min dollar ilə Nigeriya qərarlaşıb.
Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-noyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 50 ölkəsinə 16,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73%-ni təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz