Tehranda etiraz aksiyaları – Pezeşkianın müşaviri istefa verdi


Tehranda dolların məzənnəsinin kəskin artması və iqtisadi böhranla əlaqədar etirazlar keçirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Iran International” telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, etirazlar paytaxtın müxtəlif rayonlarına və Kərəc də daxil olmaqla bəzi digər şəhərlərə yayılıb.
Etirazlar fonunda İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi istefa ərizəsi yazıb.
Bu barədə İran hökumətinin mətbuat katibi Fatimə Mühacirani bildirib.
İstefa ərizəsinin qəbul edilib-edilmədiyi məlium deyil.  
Qeyd edək ki, İran rialının ABŞ dolları qarşısında kəskin ucuzlaşmasından sonra Tehranda sahibkarlar iqtisadi vəziyyətin çətinliyinə etiraz olaraq aksiyalar keçiriblər.

DİGƏR XƏBƏRLƏR

Top