Bidzina İvanişvilinin sərvəti bir ildə 4 milyard dollar azalıb – Səbəbi bilinmir


“Gürcü Arzusu” partiyasının qurucusu, Gürcüstanın keçmiş baş nazir Bidzina İvanişvilinin sərvəti son bir ildə ciddi şəkildə azalıb.
Yeniavaz.com
“Biznes Media”ya istinadən xəbər verir ki, 2024-cü ilin dekabrında İvanişvilinin sərvəti 7,6 milyard dollar olaraq göstərilirdisə, hazırda bu rəqəm 3,6 milyard dollara düşüb.
Bu isə təxminən 4 milyard dollarlıq azalma deməkdir.
Sərvətinin kəskin azalması səbəbi açıqlanmasa da, “Bloomberg”dən götürülən göstəricilər onun artıq planetin ən varlı 500 adamı siyahısında yer almadığını göstərir.
Bildirilir ki, bu il – 2025-ci ilin aprelindən bəri İvanişvilinin sərvəti 6,3 milyard dollardan aşağı düşdüyü üçün həmin siyahıya daxil olmur. Hazırda 500 ən varlı insan arasında sonuncu yeri tutan şəxsin sərvəti də məhz 6,3 milyard dollardır.
2025-ci ilin 27 dekabr tarixində ABŞ Maliyyə Nazirliyi İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Qərara əsasən, İvanişvilinin 50%-dən çox paya sahib olduğu bütün şirkətlər də sanksiya dairəsinə düşəcək.
ABŞ sanksiyalarından sonra “Forbes” milyarderlər indeksini yeniləyərək Bidzina İvanişvilinin sərvətini 2,7 milyard dollar olaraq qeyd edib. Bu dəyişiklik reytinq cədvəlində də öz əksini tapıb. İvanişvili hazırda 1299-cu yerdədir. 2024-cü ildə isə onun reytinqdəki sərvəti 4,9 milyard dollar kimi qiymətləndirilirdi. “Forbes” sərvətdə baş verən bu kəskin azalmanın səbəbini izah edən əlavə məlumat təqdim etməyib.

DİGƏR XƏBƏRLƏR

Top