
Bu ilin ilk 10 ayı ərzində Azərbaycana İndoneziya və Malayziyadan 41 min 26,5 ton xam palma yağı idxal edilib.
Yeniavaz.com xəbər verir ki, idxal olunan palma yağının 35 min 768,8 tonu İndoneziyadan, 5 min 257,7 tonu isə Malayziyadan gətirilib.
Qeyd edək ki, İndoneziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri 2,31 manat (1,36 dollar), Malayziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri isə 2,48 manat (1,46 dollar) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında palma yağının idxalı 16,1% və ya 7,9 min ton azalıb. İdxal olunan palma yağının orta gömrük dəyəri isə artıb. Belə ki, ötən ilin eyni dövründə İndoneziydan gətirilən palma yağının orta gömrük dəyəri 1,95 manat, Malayziyadan gətirilən palma yağının orta gömrük dəyəri isə 2,1 manat olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz