
Fövqəladə Hallar Nazirliyi (FHN) Həsənova Qaze Həsən qızının sifarişi əsasında Daşkəsən rayonu, Xoşbulaq kəndində inşa olunan obyektlərin istismarına icazə verib.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, istismarına icazə verilən obyekt 9 tikilidən ibarətdir. Tikinti sahəsi 755,54 kvadratmetr olan 9 tikilinin hamısı bir mərtəbədən ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binalarına 24 noyabr 2025-ci il tarixli, 10147 nömrəli istismara hazırlıq rəyi verib.
Onu da bildirək ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qaze Həsənova (VÖEN – 1600110362) paytaxt Bakıda və bölgələrdə çoxsaylı daşınmaz əmlaka sahibdir. Bir sıra dövlət qurumları Qaze Həsənovaya məxsus obyektləri icarəyə götürüblər. Məsələn, Dövlət Sosial Müdafiə Fondu (DSMF) 3 il ərzində Qaze Həsənovadan icarəyə götürdüyü obyektlər üçün 8 milyon manat icarə haqqı ödəyib. Qaze Həsənova eyni zamanda hazırda fəaliyyət göstərməyən “Gilavar – M” MMC-nin (VÖEN – 1500235171) qanuni təmsilçisidir.
Qaze Həsənova eyni zamanda paytaxt Bakıda sahəsi 10 000 kvadratmetrdən çox olan böyük obyektlərə sahibdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 126T ünvanında yerləşən 13 min 301,2 kvadratmetr sahəsi olan obyekt, həmçinin Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 17G ünvanında yerləşən 12 min 995,7 kvadratmetr sahəsi olan obyekt Qaze Həsənovaya məxsus olub.
Bunlardan başqa, Qaze Həsənova qardaşı Rafiq Həsənov ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 28 ünvanında yerləşən 21 min 72,4 kvadratmetr sahəsi olan obyektə də sahibdir. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 42B ünvanında yerləşən 18 min 921 kvadratmetr sahəsi olan obyekt isə Qaze Həsənovanın bacısı Naze Şahverdiyevaya məxsusdur. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., 81V ünvanında yerləşən 12 min 111,7 kvadratmetr sahəsi olan obyekt isə Qaze Həsənovanın qardaşı Rafiq Həsənova məxsus olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz