
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen "Jirona"ya transfer olunmağa yaxındır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sport.es” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Kataloniya klubu alman qapıçını əldə etmək üçün bütün səylərini göstərir.
“Jirona” ümid edir ki, iki klub arasındakı yaxşı işgüzar münasibətlər müqavilənin tamamlanmasına kömək edəcək.
Qeyd edək ki, bundan əvvəl Ter Stegenlə İngiltərənin “Aston Villa” klubunun da maraqlandığı bildirilmişdi.
Xatırladaq ki, mənbələr alman qapıçının başqa bir kluba keçməkdə maraqlı olduğunu qeyd edirlər. Belə ki, o, Almaniya millisindəki yerini möhkəmləndirmək üçün qarşıdan gələn Dünya Kubokundan əvvəl oyun vaxtı qazanmaq niyyətindədir.
Tətbiqimizi yükləyə bilərsiniz