
Fövqəladə Hallar Nazirliyi (FHN) Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin nəvəsi və eyni zamanda millət vəkili Əliabbas Salahzadənin oğlu – 2002-ci il təvəllüdlü Həsən Salahzadənin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi, giriş 211 ünvanında inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, istismarına icazə verilən obyekt 3 binadan ibarətdir.
Ümumi sahəsi 1 286,45 kvadratmetr olan binalardan 2-si 2, 1-i isə 1 mərtəbədən ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binalarına 19 dekabr 2025-ci il tarixli, 10603 nömrəli istismara hazırlıq rəyi verib.
Onu da bildirək ki, təxminən bir ay əvvəl FHN Allahşükür Paşazadənin qızı və eyni zamanda millət vəkili Əliabbas Salahzadənin həyat yoldaşı olan Xatirə Salahzadənin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba prospekti, giriş 258A ünvanında inşa olunan 77,8 kvadratmetr iaşə obyektinin də istismarına icazə verib.
Bundan başqa, FHN ötən ay Həsən Salahzadəyə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi, giriş 177 ünvanında yerləşən daha bir obyektin istismarına icazə verib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz