İkinci Dünya Müharibəsindən qalma 470 kiloqramlıq bomba aşkar edilib


Serbiyanın paytaxtı Belqradın mərkəzi hissəsində tikinti sahəsində aşkarlanan İkinci Dünya Müharibəsi dövrünə aid 470 kiloqramlıq hava bombası təhlükəsiz şəkildə çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyi yerli polis orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, Amerika istehsalı olan AN-M44 markalı bomba 1944-cü ildə Belqradın nasist işğalından azad edilməsi zamanı ABŞ və müttəfiq qüvvələr tərəfindən həyata keçirilən hava hücumlarında istifadə edilib.
Polisin açıqlamasına əsasən, bombanın zərərsizləşdirilməsi öncəsi ərazidə genişmiqyaslı hazırlıq görülüb. Yaşayış massivinə və ticarət mərkəzinə yaxın yerləşən sahədə təhlükəsizlik məqsədilə xüsusi kəşfiyyat aparılıb, sakinlərə isə müvəqqəti olaraq evlərini tərk etmələri tövsiyə olunub.
Zərərsizləşdirilmə əməliyyatından sonra bomba Belqraddan təxminən 180 kilometr məsafədə yerləşən ordu poliqonuna daşınıb. Orada yaxın günlərdə məhv edilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top