
Bu ilin ilk 10 ayı ərzində Azərbaycana İrandan 3 min 87,6 ton alabalıq (forel) idxal olunub.
Yeniavaz.com xəbər verir ki, İrandan idxal olunan alabalığın 1 kiloqramının orta gömrük dəyəri 7,3 manat olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə İrandan Azərbaycana bu ildəkindən təxminən 26% və ya 640,5 ton daha az alabalıq idxal olunub. Ötən il İrandan idxal edilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 7,2 manat olub.
Onu da bildirək ki, alabalıq Azərbaycana əsasən İrandan idxal olunub. Bundan başqa, Norveçdən 19,76 ton, Niderland və Böyük Britaniyanın hər birindən isə cəmi 30 kiloqram alabalıq gətirilib. Norveçdən gətirilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 13,9 manat, Niderlanddan gətirilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 533 manat, Böyük Britaniyadan gətirilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri isə 42 manat olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz