SEPAH Tehran vilayətində genişmiqyaslı təlimlər keçirdi


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehran vilayətinin müxtəlif bölgələrində “Müqəddəs Qüdsə doğru” adlı genişmiqyaslı hərbi təlimlər keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb. 
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Tehran vilayətinin Taralla şəhərində yerləşən qərargahının komandir müavini bildirib ki, təlimlərdə quru, hava və kəşfiyyat bölmələri iştirak edib və əsas təyin edilmiş əməliyyat zonalarına sürətlə yerləşdirilməsi və müdafiə ssenarilərinin icrasına yönəlib.
Generalın sözlərinə görə, təlimlərin nəticələri SEPAH qüvvələrinin potensial təhlükəsizlik təhdidlərinə cavab verməyə yüksək səviyyədə hazır olduğunu nümayiş etdirib.

DİGƏR XƏBƏRLƏR

Top