
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampı Ukraynaya səfərə dəvət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “Axios” portalına müsahibəsində bildirib.
Zelenski Trampın vəziyyəti yerində görməsi üçün şəxsən Ukraynaya səfər etməsinin məqsədəuyğun olduğunu qeyd edib.
Digər tərəfdən, “Axios” portalı Vaşinqton və Kiyev tərəfindən müzakirə edilən Ukrayna münaqişəsinin həlli planının detallarının əhəmiyyətli bir hissəsinin, o cümlədən təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlərin artıq razılaşdırıldığını əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz