
“Mançester Yunayted” "Real Madrid"in 22 yaşlı yarımmüdafiəçisi Cud Bellinqemə altı illik müqavilə və vergilər çıxıldıqdan sonra ildə 15 milyon avro maaş təklif etməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “OK Diario” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, “Qırmızı şeytanlar”ın təklif etdiyi məbləğ onun “Kral Klubu”nda aldığı məbləğdən təxminən iki dəfə çoxdur.
Nəşrin yazdığına görə, “Mançester Yunayted” müqaviləni 2026-cı ilin yayında başa çatdırmaq istəyir.
Qeyd edək ki, ingilis yarımmüdafiəçi “Kral Klubu”nda satıla bilməyən beş oyunçudan biridir. Bellinqemin özü isə hazırda “Kral klubun”dan ayrılmaq istəmir.
Xatırladaq ki, Bellinqem 2023-cü ilin yayında “Real Madrid”ə keçib. Bu mövsüm o, bütün turnirlərdə 20 oyunda meydana çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib.
Bellinqemin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt” portalındakı məlumata görə, onun hazırkı transfer qiyməti 160 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz