“Sony” “PlayStation 1” konsolu üslubunda saat buraxdı


“Sony” “PlayStation” konsolunun 30-cu ildönümünü qeyd etmək üçün istehsalçı “Anicorn” ilə əməkdaşlıqda yaradılmış məhdud sayda mexaniki saat olan “PlayStation Watch”u təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Gizmochina” məlumat yayıb.
Bildirilib ki, 300 ədəd məhdud sayda istehsal ediləcək, qiyməti 780 dollardır.
Satışlar 2026-cı ilin ortalarında başlayacaq.
Qeyd edilib ki, aksessuarın dizaynı tamamilə 1995-ci ildəki orijinal “PlayStation”dan ilhamlanıb. Paslanmayan polad korpus fərqli boz rəngdə tamamlanıb və siferblat işarələri nəzarətçi (Joystick) düymələrinin simvolları ilə əvəz olunub - üçbucaq, dairə, xaç və kvadrat.
Saat “Miyota 939” avtomatik mexanizmlə təchiz edilmişdir, bu, heç bir batareya tələb etmir.

DİGƏR XƏBƏRLƏR

Top