Zaporojye AES-in ABŞ ilə birgə idarə olunması müzakirə olunur – Putin


Rusiya Prezidenti Vladimir Putin biznes nümayəndələri ilə 24 dekabrda keçirilən qapalı görüşdə Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) gələcəyi ilə bağlı ABŞ ilə aparılan danışıqlardan danışıb.
Yeniavaz.com
 “Kommersant”a istnadən xəbər verir ki, Putin ilk dəfə olaraq Ukraynanın iştirakı olmadan Zaporojye AES-in ABŞ ilə birgə idarə olunması məsələsinin müzakirə edildiyini bildirib.
Prezident əlavə edib ki, Vaşinqton stansiya ərazisində mədənçilik əməliyyatlarının qurulmasında da maraqlıdır.
Putin həmçinin qeyd edib ki, stansiyada işləməyə davam edən ukraynalı mütəxəssislərin artıq Rusiya pasportu daşıdıqları bildirilir. ABŞ-nin təşəbbüsü ilə tərəflər Zaporojye AES-dən Ukraynaya elektrik enerjisi təchizatının mümkünlüyünü də müzakirə edirlər.
Bundan bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ZAES-in statusu ilə bağlı ABŞ ilə danışıqların hələlik kompromisə gətirib çıxarmadığını açıqlayıb.
“The Wall Street Journal”ın Vaşinqton ZAES-in Ukrayna, Rusiya və ABŞ tərəfindən 33%/33%/33% formatında birgə idarə olunmasını və ABŞ-nin əsas menecer rolunu üzərinə götürməsini təklif edir. Ukrayna tərəfi isə ABŞ-Ukrayna 50/50 birgə idarəetmə modeli istəyir.
Zaporojye AES Avropanın ən böyük nüvə elektrik stansiyasıdır və Dnepr çayının sol sahilində, Enerqodar yaxınlığında yerləşir. O, 2022-ci ilin fevralında Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib. 2022-ci ilin oktyabrında Vladimir Putin stansiyanın federal mülkiyyətə verilməsi və “Rosenerqoatom” ASC tərəfindən idarə olunması barədə fərman imzalayıb.
2023-cü ilin fevralında Ukrayna Prezidenti Zelenski Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalara “Rosatom”, onun törəmə şirkətləri və Zaporojye AES də daxil edilib.
2024-cü ilin iyulunda BMT Baş Assambleyası Moskvadan Zaporojye AES-in Ukraynaya qaytarılmasını tələb edən qətnamə qəbul edib. 99 ölkə sənədi dəstəkləyib, Rusiya isə qətnaməni “siyasiləşdirilmiş layihə” adlandıraraq tənqid edib.

DİGƏR XƏBƏRLƏR

Top