
Bu ilin yanvar – noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 1 milyard 58,9 milyon manat xalis mәnfәәt əldə ediblər.
Yeniavaz.com xəbər verir ki, banklar eyni zamanda 1 milyon 651,6 miyon manat mәblәğindә әmәliyyat mәnfәәti әldә ediblər.
Qeyd edək ki, bu ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 265,5 milyon manat mәblәğindә mәnfәәt vergisi ödәnilib və ötən ilin analoji dövrü ilә müqayisәdә 14,3% vә ya 33,2 milyon manat çox olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz