Gümüş daha bir tarixi rekorda imza atdı


Gümüşün qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 75 dolları keçib.
Bakı vaxtı ilə saat 05:04-ə olan məlumata görə, qiymətli metalın qiyməti 4,87% artaraq 1 troy unsiyası üçün 75,175 dollara çatıb.
Bakı vaxtı ilə saat 05:24-ə olan məlumata görə isə, gümüşün qiyməti artımını sürətləndirərək, 75,355 (5,12%) dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top