Kredit faizləri əmanət faizlərindən dəfələrlə yüksəkdir – Regionlar üzrə siyahı


Bu ilin dekabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14,2%, əmanətlər üzrə orta faiz isə 5,12% təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən aşağı kredit faizləri Bakı iqtisadi rayonunda (12,90%), ən yüksək kredit faizləri isə Dağlıq Şirvan iqtisadi rayonunda (19,99%) qeydə alınıb.
Əmanətlər üzrə isə ən yüksək faiz dərəcəsi Abşeron-Xızı iqtisadi rayonunda (6,91%), ən aşağı əmanət faizləri isə Şərqi Zəngəzur iqtisadi rayonunda (4,45%) olub.
Məlumatlar göstərir ki, bütün iqtisadi rayonlarda kredit faizləri əmanət faizlərini dəfələrlə üstələyir. Kredit və əmanət faizləri arasındakı ən böyük fərq Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb – burada kredit faizləri əmanət faizlərini 5 dəfə üstələyir.
Ən az fərq isə Abşeron-Xızı iqtisadi rayonunda müşahidə olunub – burada kredit faizləri əmanət faizlərini cəmi 2,8 dəfə üstələyib.
Regionlar üzrə kredit və əmanət faizləri və onlar arasındakı fərq belə olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top